Cəmiyyət

19 Avqust

Bakı məktəbəhazırlıq qruplarına 23 min uşaq qeydiyyatdan keçdi – 2025

Finss.az - Avqustun 18-i saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 23 046 uşaq elektron qeydiyyatdan keçib. Onlardan 19 800 nəfəri üçün aktiv sorğu yerləşdirilib.

Valideynlər və digər qanuni nümayəndələr övladlarını mektebeqebul.edu.az elektron sistemi vasitəsilə öz və uşağın şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirə bilərlər.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 9 iyuldan, digər dillərdə tədris aparılan bölmələr üzrə seçim isə 10 iyuldan etibarən aktiv olub.

Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, 5 yaşı tamam olan uşaqlar qəbul edilir. Məqsəd uşaqların məktəb təliminə hazırlığını gücləndirmək, psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşmasını təmin etmək və ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir.

Eləcə bax: Bir ekosistem “Ai4 2025” beynəlxalq konfransında təmsil olunub